Cümə 29.03.2024

Madriddə sensasiya, PSJ və "Liverpul" qələbə qazandı

Madriddə sensasiya, PSJ və "Liverpul" qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Niderlandda "Ayaks"ın qonağı olub. "CBC Sport"la canlı yayımlanan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib.

Günün mərkəzi qarşılaşması Fransada təşkil edilib. PSJ İngiltərə çempionu "Mançester Siti"ni qəbul edib. Qarşılaşma "CBC Sport"la canlı yayımlanıb. Paris təmsilçisi 2 cavabsız qolla qələbə qazanıb. Lionel Messi PSJ-nin heyətində ilk qolunu vurub.

Madriddə isə gecənin sensasiyası qeydə alınıb. "Real" evdə debütant "Şerif"ə məğlub olub.

Çempionlar Liqası

II tur

28 sentyabr

A qrupu

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:0
Qollar: İdrissa Geye, 8, Lionel Messi, 74

"Leyptsiq" (Almaniya) - "Brügge" (Belçika) - 1:2
Qollar: Kristofer Nkunku, 5 - Hans Vanaken, 22, Mats Rits, 41

B qrupu

"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
Qollar: Rafael Leao, 20 - Antuan Qrizmann, 84, Luis Suares, 90+7 (penalti)

Qırmızı vərəqə: Frank Kessi, 31 ("Milan")

"Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:5
Qollar: Mehdi Taremi, 75 - Məhəmməd Salah, 18; 60, Sadio Mane, 45, Roberto Firmino, 77; 81

C qrupu

"Ayaks" (Niderland) - "Beşiktaş" (Türkiyə) - 2:0
Qollar: Stiven Bergeys, 17, Sebastyen Allye, 43

"Borussiya" (Dortmund, Almaniya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Doniyell Malen, 37

D qrupu

"Şaxtyor" (Donetsk, Ukrayna) - "İnter" (İtaliya) - 0:0

"Real Madrid" (İspaniya) - "Şerif" (Moldova) - 1:2
Qollar: Kərim Benzema, 64 (penalti) - Jasur Yaxşiboyev, 25, Sebastyen Till, 90