news-details
Xəbərlər

“Barselona” darmadağın oldu, “Mançester Yunayted” və “Yuventus” qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub. Sonuncu oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

Erkən başlayan oyunlardan biri İtaliyada təşkil edilib. Saat 20:45-də start götürən görüşdə İsveçrənin "Yanq Boyz" klubu "Atalanta"nın qonağı olub. Matçın taleyini bir qol həll edib. Pessina "Atalanta"ya qələbə qazandırıb.

Gecənin ən diqqətçəkən qarşılaşması İtaliyada "Yuventus"la turnirin son qalibi olan "Çelsi" klubu arasında keçirilib. H qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Bu qarşılaşmada da bir qol qeydə alınıb. Federiko Kyeza ingilisləri məyus edib.

Çempionlar Liqası, II tur

29 sentyabr

E qrupu

"Bayern Münhen" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0
Qollar: Levandovski, 12; 27. Qnabri, 68. Sane, 74. Şupo-Motinq, 87.

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0
Qollar: D.Nunes, 3; 79-pen. R.Silva, 69

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0
Qol: Pessina, 68

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1
Qollar: Telles, 60. Ronaldo, 90+5 – Alkaser, 53.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar: Şteffen, 49 – Rakitiç, 86-pen

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1
Qollar: Adeyemi, 35-pen; 53-pen – B.Yılmaz, 62.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0
Qollar: Klaudinyo, 9. Kuzyayev, 49. Sutormin, 80. Vendel, 90+4.

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Kyeza, 46.

Digər xəbərlər