Şənbə 20.04.2024

“Zirə” “Sumqayıt”a qalib gəldi

“Zirə” “Sumqayıt”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

"Zirə" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Loris Broqno qəsəbə təmsilçisinə qələbə qazandırıb.

Turun iki oyunu oktyabrın 2-də keçiriləcək. "Keşlə" "Sabah"la, "Səbail" "Neftçi" ilə qarşılaşacaq. Tura oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VI tur

1 oktyabr (cümə)

“Zirə” – “Sumqayıt” - 1:0
Qol: L.Broqno, 14.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
Zirə İdman Kompleksinin stadionu