Cümə axşamı 25.04.2024

"Neftçi" "Səbail"i məğlub etdi, "Keşlə" mövsümdə ilk qələbəsini qazandı

"Neftçi" "Səbail"i məğlub etdi, "Keşlə" mövsümdə ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib.

Günün ilk görüşündə autsayderlər üz-üzə gəliblər. Hərəyə 1 xalla 7-8-ci yerləri bölüşən "Keşlə" və "Sabah" "ASK Arena"da qarşılaşıblar. Qələbəyə həsrət komandaların duelində “Keşlə” sevinən tərəf olub.

Günün son oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olub. "Ağ-qaralar" bu görüşdə inamlı qələbəyə seviniblər.

İlk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

2 oktyabr (şənbə)

“Keşlə” –“Sabah” - 2:0
Qollar: M.Giqauri, 3. F.Santos, 90+5
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

“Səbail” – “Neftçi” - 1:3
Qollar: N.Raysel, 90+5 - Y.Laval, 26. T.Bezerra, 45+1; 78.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”