Cümə 19.04.2024

"Qarabağ" vahid lider oldu

"Qarabağ" vahid lider oldu

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Sonuncu oyun günündə 1 görüş keçirilib.

Turun mərkəzi qarşılaşmasında 11 xalla 2 - 3-cü yerləri bölüşən "Qəbələ" və "Qarabağ" klubları "Azersun Arena"da üz-üzə gəlib.

“Qəbələ” 12 oyundur məğlub edə bilmədiyi Ağdam klubuna yenə qalib gələ bilməyib. "Qarabağ" 2 cavabsız qolla qələbə qazanaraq turnir cədvəlində vahid lider olub.

Azərbaycan Premyer Liqası, VI tur

3 oktyabr (bazar)

“Qarabağ” – “Qəbələ” - 2:0
Qollar: A.Zubir, 52. R.Şeydayev, 66.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”