Cümə 19.04.2024

Çempionlar Turu: Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu

Çempionlar Turu: Rəcəbov ikinci, Məmmədyarov sonuncu oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci olub.

Sonuncu turda Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeysterimiz qələbə qazanıb. Nəticədə 2,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov 27 xal toplayıb.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə son turda ermənistanlı Levon Aronyan ilə üz-üzə gəlib. İlk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb, 3-cü görüşdə isə heç-heçə qeydə alınıb. Sonda 0,5:2,5 hesabı ilə uduzan Məmmədyarov 9 xal yarım ilə 10 şahmatçı arasında sonuncu yeri tutub.

9 turdan sonra Maqnus Karlsen 31 xal yarımla turnirin qalibi olub.