news-details
Xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi püşkatmada 2-ci səbətdə yer alacaq

Oktyabrın 18-də gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Həlledici raund ilk dəfə olaraq 16 komandanın iştirakı ilə keçiriləcək. "Zeist"də təşkil olunacaq püşkatma yerli vaxtla saat 18:00-da start götürəcək.

Meydan sahibi Niderlanddan başqa, Azərbaycan, Bosniya Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Artıq komandalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Deməli, millimiz Xorvatiya, İtaliya və Serbiya-Belarus cütünün qalibi ilə bir qrupda yer almayacaq. Meydan sahibi Niderland isə püşk atılan zaman avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.

1-ci səbət

İspaniya
Rusiya
Portuqaliya
Qazaxıstan

2-ci səbət

Xorvatiya
Azərbaycan
Serbiya/Belarus
İtaliya

3-cü səbət

Ukrayna
Sloveniya
Bosniya Herseqovina
Polşa

4-cü səbət

Finlandiya
Slovakiya
Gürcüstan
Niderland

Qeyd edək ki, indiyə qədər İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Bosniya Herseqovina, Gürcüstan, Finlandiya və Slovakiya isə həlledici mərhələdə debüt edəcəklər.

Digər xəbərlər