Çərşənbə 24.04.2024

Futzal millimiz DÇ-nin əsas mərhələsinə qələbə ilə başladı

Futzal millimiz DÇ-nin əsas mərhələsinə qələbə ilə başladı

2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüşdə hesabı qonaqlar açsa da, millimiz 3 qol vuraraq əzmkar qələbəyə sevinib.

Yığma komandamızın yer aldığı qrupun digər oyununda bu gün Slovakiya Monteneqro ilə qarşılaşıb və 5:0 hesabıyla qalib gəlib.

DÇ-2020-nin əsas mərhələsi

23 oktyabr

Azərbaycan – Moldova 3:1
Qollar: T.M.Tyaqo, 11:32; 34:40. Vassura, 32:49 - A.Luşka, 07:15.
Qırmızı vərəqə: İ.Atayev, 23:34.

Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)

Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)

UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).