Cümə 19.04.2024

AFFA Belçikada karantində olan milli komanda ilə bağlı məsləhətləşmələrə başlayıb

AFFA Belçikada karantində olan milli komanda ilə bağlı məsləhətləşmələrə başlayıb

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.

AFFA-dan verilən məlumata görə, Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.

Millimizin seçmə mərhələdə keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon vasitəsilə məsləhətləşmələr aparılır və qəbul olunacaq yekun qərar barədə oktyabrın 8-də məlumat veriləcək.