Cümə 26.04.2024

Fransa millisi möhtəşəm geridönüşlə Millətlər Liqasının finalında

Fransa millisi möhtəşəm geridönüşlə Millətlər Liqasının finalında

UEFA Millətlər Liqasının final mərhələsində ikinci yarımfinal görüşü keçirilib.

“Dördlər finalı”nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gəliblər. Turindəki “Yuventus” stadionunda baş tutan görüşdə 5 qol vurulub.

0:2 məğlub durumda olan fransalılar möhtəşəm geridönüş edərək əzmkar qələbə qazanıblar - 3:2.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq və "CBC Sport"la canlı yayımlanacaq. İkinci dəfə təşkil olunan “Dördlər finalı”nda ilk qalib Portuqaliya millisi olub.

UEFA Millətlər Liqası, final mərhələsi

Yarımfinal

7 oktyabr

Belçika – Fransa - 2:3
Qollar: Y.Karrasko, 37. R.Lukaku, 41 – Benzema, 62. Mbappe, 69-pen. T.Ernandes, 90+1.
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers (hamısı Almaniya).
Turin. “Yuventus” stadionu.