news-details
Xəbərlər

DÇ-2022: Türkiyə millisi xal itirdi, Almaniya və Niderland qələbə qazandı

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.

İlk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib. Bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

G qrupunda Türkiyə millisi Şenol Güneşin gedişindən sonra yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxıb. "Ay-ulduzlular" Norveçi qəbul edib. "CBC Sport"la canlı yayımlanan görüşdə hesabı Türkiyə açsa da, üstünlüyünü sonadək qoruya bilməyib.

DÇ-2022-nin seçmə mərhələsi, VII tur

8 oktyabr

E qrupu

Estoniya – Belarus - 2:0
Qollar: Sorqa, 58. Zenyov, 90+3.

Çexiya – Uels - 2:2
Qollar: Peşek, 38. Uard, 49 (avtoqol) – Remsi, 36. D.Ceyms, 69.

G qrupu

Cəbəllütariq – Monteneqro - 0:3
Qollar: Maruşiç, 7. Beqiray, 44; 68.

Latviya – Niderland - 0:1
Qol: Klaassen, 19.

Türkiyə – Norveç - 1:1
Qollar: K.Aktürkoğlu, 6 – Torstvedt, 41.

H qrupu

Malta – Sloveniya - 0:4
Qollar: İliçiç, 27; 60. Şporar, 50. Sesko, 67.

Kipr – Xorvatiya - 0:3
Qollar: Perişiç, 45+2. Qvardiol, 80. Livaya, 90+2.

Rusiya – Slovakiya - 1:0
Qol: Şkrinyar, 24 (avtoqol)

J qrupu

Lixtenşteyn – Şimali Makedoniya - 0:4
Qollar: Velkovski, 39. Alioski, 66-pen. Nikolov, 74. Çurlinov, 83.

İslandiya – Ermənistan - 1:1
Qollar: Yohannesson, 77 – Hovhannisyan, 35.

Almaniya – Rumıniya 2:1
Qollar: Qnabri, 52. Müller, 81 – Haci, 9.

Digər xəbərlər