Çərşənbə axşamı 19.03.2024

"Qarabağ" APOEL-lə bərabərə qaldı

"Qarabağ" APOEL-lə bərabərə qaldı

Bu gün Uefa Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Nüfuzlu turnirdəki yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.

Qurban Qurbanovun komandası doğma meydanda Kiprin APOEL klubu ilə üz-üzə gəlib. Təmsilçimiz 4 qolun qeydə alındığı qarşılaşmadan heç-heçə ilə ayrılıb.

APOEL ilk turda Lüksemburq “Düdelanj”ına 3:4, daha sonra İspaniya nəhəngi “Sevilya”ya 0:1 hesabıyla məğlub olub. Ağdam klubu isə doğma meydanda “Sevilya”ya uduzubsa (0:3), “Düdelanj” səfərində qalib gəlib – 4:1.

UEFA Avropa Liqası

Qrup mərhələsi, III tur

“Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2

Qollar: D.Kintana, 13. A.Silva, 58 - N.İoannu, 29. L.Hallenius, 45+1.

Baş hakim: Filip Qlovaya

Yan xətt hakimləri: Frantişek Ferents və Yan Pozor

Tofiq Bəhramov adına Respublika stadionu