news-details
Xəbərlər

Mahir Emreli bu gün Serbiyaya qarşı oynamayacaq

Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.

AFFA-nın rəsmi saytının verdiyi xəbərə görə, Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı futbolçusu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Bu gün Belqradda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər