news-details
Xəbərlər

"Qarabağ" - "Kayrat" oyununa təyinatlar açıqlandı

UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyununa təyinatlar açıqlanıb.

Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Moldovalı Vladimir Antonov hakim-inspektor, litvalı Maksimas Beçtereva UEFA nümayəndəsi olacaq.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Digər xəbərlər