Cümə 29.03.2024

Millimiz FIFA reytinqində 2 pillə gerilədi

Millimiz FIFA reytinqində 2 pillə gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

211 yığmanın yer aldığı siyahıda Azərbaycan millisi geriləyib. Nikola Yurçeviçin yetirmələri ötən ayla müqayisədə 2 pillə geriləyərək, 111-ci yerə düşüb. Komandamızın aktivində 1189 xal var.

Millimiz hesabat dövründə yoldaşlıq görüşündə Bəhreynə qalib gəlib (3:2), AVRO-2020-nin seçmə mərhələsində isə Macarıstana məğlub olub (0:1).

Dünyanın ən güclü 10 komandasının siyahısı isə belədi:

1. Belçika – 1755

2. Fransa – 1726

3. Braziliya – 1715

4. İngiltərə - 1651

5. Uruqvay – 1642

6. Portuqaliya – 1632

7. Xorvatiya – 1631

8. İspaniya – 1625

9. Argentina – 1617

10. Kolumbiya - 1615