news-details
Xəbərlər

"Qarabağ" əzmkar qələbə qazandı

“Qarabağ” UEFA Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Ağdam klubu qrup mərhələsinin 3-cü turu çərçivəsində Qazaxıstan “Kayrat”ı ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açsa da, Ağdam klubu ikinci hissənin sonlarında vurduğu iki qolla meydanı əzmkar qələbə ilə tərk edib.

H qrupunun digər oyununda “Omoniya” (Kipr) “Bazel”in (İsveçrə) qonağı olacaq.

Avropa Konfrans Liqası, H qrupu

21 oktyabr

“Qarabağ” – “Kayrat” - 2:1
Qollar: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.
Baş hakim: Yevgeni Aranovski (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Digər xəbərlər