news-details
Xəbərlər

“Sabah”dan ilk, “Neftçi”dən növbəti qələbə

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib. VIII turun ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Açılış matçında qələbə üzünə həsrət qalan "Sabah" “Bank Respublika Arena”da "Sumqayıt"la üz-üzə gəlib. Meydan sahibləri rəqibini 3 cavabsız qolla üstələyərək mövsümdə ilk qələbələrini qazanıblar.

Günün digər oyunu "Bakcell Arena"da təşkil edilib. 14 xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən 2 xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edib. Matçda hesabı qonaqlar açsa da, "ağ-qaralar" sonradan rəqib qapısına iki dəfə yol taparaq qalib gəliblər.

Turun digər 2 oyunu oktyabrın 24-ü və 25-də keçiriləcək. "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

VIII tur

23 oktyabr (şənbə)

“Sabah” – “Sumqayıt” - 3:0
Qollar: T.Fofana, 60; 83. C.Nuriyev, 79.
Qırmızı vərəqə: M.Xaçayev, 11.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”.

“Neftçi” – “Zirə” - 2:1
Qollar: S.M.Kolli, 39. M.Abbasov, 84 – A.Ramazanov, 6
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena".

Digər xəbərlər