Cümə 26.04.2024

“Keşlə” “Qəbələ”yə məğlub oldu

“Keşlə” “Qəbələ”yə məğlub oldu

Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Bu gün daha bir qarşılaşma təşkil edilib.

“Qəbələ” ikinci dövrənin ilk turunda “Keşlə”nin qonağı olub. "ASK Arena"da oynanılan qarşılaşmada saat 16:00-da start götürüb və "CBC Sport"la canlı yayımlanıb. Beş qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə yekunlaşıb.

İlk oyun günündə “Sabah” “Sumqayıt”a 3:0, “Neftçi” isə “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Səbail” - “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, 8-ci tur

24 oktyabr

“Keşlə” – “Qəbələ” - 2:3
Qollar: A.Neto, 38. A.Yunanov, 90+7 – R.Renato, 23. A.Məmmədov, 30. İ.Alimi, 59.
Qırmızı vərəqə: S.Vukçeviç, 69.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”.