Cümə axşamı 28.03.2024

Millimizin Lüksemburq və Qətərlə oyunlarının biletləri satışa çıxarıldı

Millimizin Lüksemburq və Qətərlə oyunlarının biletləri satışa çıxarıldı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin noyabrın 14-də təşkil olunacaq Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq. Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

AFFA-dan verilən məlumata görə, pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.