Cümə axşamı 25.04.2024

Dünya çempionatına qələbə ilə başlayan boksçumuz Ermənistan idmançısına rəqib oldu

Dünya çempionatına qələbə ilə başlayan boksçumuz Ermənistan idmançısına rəqib oldu

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda təşkil edilən dünya çempionatında mübarizəyə başlayıb.

"CBC Sport"la canlı yayımlanan mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.