Cümə axşamı 25.04.2024

"Sabah" yeni transferi ilə vidalaşdı

"Sabah" yeni transferi ilə vidalaşdı

“Sabah” klubu futbolçusu Petar Şkuletiçlə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, serbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 31 yaşlı forvardın şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.

Qeyd edək ki, Petar Şkuletiçlə sentyabrın 14-də 2 illik müqavilə imzalanmışdı.