news-details
Xəbərlər

UEFA reytinqi: Azərbaycan Qazaxıstana yaxınlaşdı

Avropa Liqasının III turunda Kipr APOEL-i ilə Bakıda bərabərə qalan (2:2) "Qarabağ" UEFA reytinqində Azərbaycanın aktivinə daha 0,250 xal yazıb.

Nəticədə xallarını 18,500-ə çatdıran ölkəmiz "Astana"nın Hollandiyada "AZ Alkmaar"a 0:6 hesablı məğlubiyyəti ilə əlaqədar 18,750 xalla 25-ci pillədə qalan Qazaxıstanla fərqi daha da azaldıb.

18,875 xalla 24-cü yerdə gedən Belarusun isə avrokuboklarda təmsilçisi qalmayıb. Bu isə o deməkdir ki, qarşıdakı oyunlarda "Qarabağ" 1 qələbə və ya 2 heç-heçə edərsə, ən azı 1 pillə irəliləyəcək.

Qeyd edək ki, reytinq siyahısında ən böyük dəyişiklik xallarını 44,849-a çatdıran Portuqaliyanın 6-cı pilləyə yüksəlməsi və 43,883 xalı olan Rusiyanın 7-ci mövqeyə enməsi olub.

Digər xəbərlər