Cümə 26.04.2024

"Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla məğlub etdi

"Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında "Zirə" "Keşlə"ni qəbul edib. Bu, komandaların Premyer Liqada 25-ci dueli olub. Meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıb.

Turun mərkəzi oyununda isə turnir cədvəlinin şərikli liderləri olan "Qarabağ" və "Neftçi" üz-üzə gəlib. Əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də "ağ-qaralar" qələbə qazanıb. 30 matç isə heç-heçə ilə başa çatıb.

85-ci qarşılaşmada isə "Qarabağ" qalib gəlib. Qurban Qurbanovun çalışdırdığı kollektiv 3 xalı 4 qolla aktivinə yazdıraraq turnir cədvəlində vahid lider olub.

IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" qarşılaşmaları oktyabrın 31-də olacaq.

Azərbaycan Premyer Liqası, IX tur

30 oktyabr (şənbə)

“Zirə” – “Keşlə” - 2:0
Qollar: L.Broqno, 17. A.Ramazanov, 42
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” – “Neftçi” - 4:0
Qollar: F.Ozobiç, 10; 23-pen. A.Zubir, 14. M.Veşoviç, 90+2.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Azersun Arena”