news-details
Xəbərlər

Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçildi

Gənclər və İdman Nazirliyində Azərbaycan Cüdo Federasiyasının növbədənkənar konfransı keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, eləcə də Olimpiya və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycan Cüdo Federasiyası rəhbərliyinə və icraiyyə komitəsinin üzvlüyünə seçkilər keçirilib. Səsvermə nəticəsində Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçilib. O, bu vəzifədə Rövnəq Abdullayevi əvəzləyib.

Qeyd edək ki, Rövnəq Abdullayev 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının rəhbəri olub.

Digər xəbərlər