Şənbə 20.04.2024

Çempionlar Liqası: "Bayern Münhen" və "Yuventus" pley-off vəsiqəsini təmin etdi

Çempionlar Liqası: "Bayern Münhen" və "Yuventus" pley-off vəsiqəsini təmin etdi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma təşkil edilib.

Erkən başlayan oyunlardan biri H qrupunda olub. "Çelsi" İsveçdə "Malmö" ilə üz-üzə gəlib. "CBC Sport"la canlı yayımlanan matç qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Bu qarşılaşmanın ardınca "Atalanta" - "Mançester Yunayted" görüşü "CBC Sport"un canlı efirində olub. 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib.

E qrupunda Portuqaliyada "Benfika"ya qalib gələn "Bayern Münhen" xallarını 12-yə çatdıraraq sona 2 tur qalmış qrupdan çıxmağı təmin edib.

Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə "Yuventus" olub. Turin təmsilçisi evdə Rusiya "Zenit"i üzərində qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, IV turun digər 8 oyunu noyabrın 3-də keçiriləcək.

UEFA Çempionlar Liqası, IV tur

2 noyabr

E qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya) - 0:1
Qol: Ansu Fati, 70

"Bayern Münhen" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:2
Qollar: Robert Levandovski, 26; 61; 84, Serj Qnabri, 32, Leroy Sane, 49 - Morato, 38, Darvin Nunyes, 76

F qrupu

"Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 2:0
Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89

"Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 2:2
Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 - Kriştianu Ronaldu, 45+1; 90+1

G qrupu

"Volfsburq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 2:1
Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 - Maksimilian Vöber, 30

"Sevilya" (İspaniya) - "Lill" (Fransa) - 1:2
Qollar: Lukas Okampos, 15 - Conatan Devid, 43 (pen.), Conatan İkone, 51

H qrupu

"Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Hakim Ziyeş, 56

"Yuventus" (İtaliya) - "Zenit" (Rusiya) - 4:2
Qollar: Paulo Dibala, 11; 58 (penalti), Federiko Kyeza, 74, Alvaro Morata, 82 - Leonardo Bonuççi, 26 (avtoqol), Sərdar Azmun, 90+2