news-details
Xəbərlər

“Ayaks” və “Liverpul” pley-off vəsiqəsini təmin etdi

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub. İkinci oyun günündə daha 8 qarşılaşma keçirilib.

B qrupunda "Liverpul" doğma meydanda "Atletiko"nu (Madrid) 2 cavabsız qolla məğlub edərək sona 2 tur qalmış pley-offa adlayıb.

C qrupunda isə "Ayaks" Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib. Bu qrupun digər görüşündə Türkiyə "Beşiktaş"ı Portuqaliyada "Sportinq"ə 0:4 hesabı ilə uduzub. Bununla da İstanbul təmsilçisi qrupda qalıb.

UEFA Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

3 noyabr

A qrupu

"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1
Qollar: Foden, 15. Mahrez, 54. Sterlinq, 72. Q.Jezus, 90+2 – Stounz, 17 (avtoqol)

"Leyptsiq" (Almaniya) - PSJ (Fransa) - 2:2
Qollar: Nkunku, 8. Soboslai, 90+2-pen – Veynaldum, 21; 39.

B qrupu

"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1
Qollar: Mbemba, 61 (avtoqol) – L.Dias, 6.

"Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0
Qollar: Jota, 13. Mane, 21.

C qrupu

"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0
Qollar: Pedro, 31; 38. Paulinyo, 41. Sarabiya, 56.

"Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) - 1:3
Qollar: Roys, 37-pen – Tadiç, 72. Haller, 83. Klaassen, 90+3.

D qrupu

"Real" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1
Qollar: Benzema, 14; 61 – Fernando, 39.

"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3
Qollar: Traore, 90+2 – Brozoviç, 54. Şkrinyar, 66. A.Sançes, 82.

Digər xəbərlər