Cümə 29.03.2024

"Qəbələ" "Keşlə"yə uduzdu, "Zirə" məğlubiyyətdən qaçdı

"Qəbələ" "Keşlə"yə uduzdu, "Zirə" məğlubiyyətdən qaçdı

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib. İlk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçında "Keşlə" və "Qəbələ" komandaları qarşılaşıb. Qəbələdə keçirilmiş ilk dövrədəki matçda qəsəbə təmsilçisi rəqibini darmadağın etmişdi - 4:0. Budəfəki dueldən də "Keşlə" komandası qalib ayrılıb.

Günün digər görüşündə autsayder “Sabah” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. İlk dövrədə bu komandalar heç-heçəyə razılaşmışdılar. Bugünkü oyunda da bərabərlik qeydə alınıb.

Bu tur həm də “Sumqayıt” – “Neftçi” və “Qarabağ” – “Səbail” görüşləri təşkil olunacaq. Bütün oyunlar "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

IX tur

26 oktyabr

“Keşlə” – “Qəbələ” - 2:1

Qollar: L.Frutos, 1. S.M.Kolli, 42 - D.Volkov, 58.

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

“ASCO Arena”, 16:00.

“Sabah” – “Zirə” - 2:2

Qollar: A.Diallo, 28; 44 - N.Süleymanov, 23; 88.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov

“Bank Respublika Arena”, 18:00.