Cümə 19.04.2024

“Neftçi” “Keşlə”yə uduzdu, “Sabah” qələbəni əldən verdi

“Neftçi” “Keşlə”yə uduzdu, “Sabah” qələbəni əldən verdi

Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib. Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə ərəfəsində baş tutan “Zəfər turu” iki günü əhatə edəcək.

İlk oyun gününün birinci görüşündə autsayder "Sabah" yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında "Zirə"ni qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Digər qarşılaşmada "Neftçi" "Keşlə"nin qonağı olub. Meydan sahibləri əzmkar qələbəyə sevinib.

Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. Bütün qarşılaşmalar "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

X tur

6 noyabr (şənbə)

“Sabah” – “Zirə” - 3:3
Qollar: C.L.Mikels, 1; 23. X.Kamara, 45+2 – D.Volkov, 5; 59; 81.
Qırmızı vərəqə: X.Kamara, 47.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.

“Keşlə” – “Neftçi” - 3:2
Qollar: F.Santos, 41-pen. R.Hacıyev, 49. A.Abanq, 86 – T.Bezerra, 11; 35.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena".