Şənbə 27.04.2024

"Qarabağ"dan darmadağın, "Qəbələ" ikinci pilləyə yüksəldi

"Qarabağ"dan darmadağın, "Qəbələ" ikinci pilləyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçirilib. "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulub.

Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edib. Bölgə təmsilçisi bu görüşdə 2 cavabsız qolla qələbə qazanaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulub. Ağdam klubu 4:0 qalib gələrək liderliyini bir qədər də möhkəmləndirib.

"Zəfər turu"nun digər görüşlərində "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.

Azərbaycan Premyer Liqası

X tur

7 noyabr (bazar)

“Səbail” – “Qəbələ” - 0:2
Qollar: E.Səfərov, 88. M.İsayev, 90+5
Qırmızı vərəqə: Y.Qoxa, 56 (ikinci sarı, "Səbail").
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

“Sumqayıt” – “Qarabağ” - 0:4
Qollar: R.Şeydayev, 39. M.Qurbanlı, 45+3; 77. M.Medvedev, 51-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 10 7 2 1 22-7 23
2 Qəbələ 10 5 3 2 18-11 18
3 Neftçi 10 5 2 3 18-16 17
4 Zirə 10 4 4 2 15-11 16
5 Sumqayıt 10 3 2 5 7-12 11
6 Keşlə 10 3 1 6 11-18 10
7 Səbail 10 3 0 7 8-20 9
8 Sabah 10 2 2 6 12-16 8

Bombardirlər:

Davit Volkov ("Zirə") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol
Tiaqo Bezerra ("Neftçi") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 4 qol