news-details
Xəbərlər

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib. Yığma komandamız A qrupundakı 8-ci görüşündə Lüksemburqu qəbul edib.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın baş hakimi avstriyalı Manuel Şüttenqruber olub. Matça gəlincə, 4 qolun vurulduğu görüşdə qonaqlar qələbəni bayram ediblər.

Azərbaycan millisi qrupda 1 xalla sonuncu, Lüksemburq isə 9 xalla 3-cü pilləni təmin edib.

Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olub. Qarşılaşma qolsuz yekunlaşıb.

DÇ-2022-nin seçmə mərhələsi, IX tur

A qrupu

Azərbaycan - Lüksemburq - 1:3
Qollar: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
Qırmızı vərəqə: T.Mütəllimov, 21.
Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya)
Bakı Olimpiya Stadionu.

Digər xəbərlər