news-details
Xəbərlər

Canni De Byazi: "Bu, mənim sonuncu mətbuat konfransım ola bilər"

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoldaşlıq oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında baş məşqçi Canni De Byazi və komandanın üzvü Emin Mahmudov fikirlərini bölüşüb.

Canni De Byazi: (Azərbaycan milli komandasının baş məşqçisi): "Bizim işimizi təkcə nəticələrə görə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərakatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları milliyə dəvət etdik. Nə istədiyimizi bilirik. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-dək oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsalar da, onlarla başabaş oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Üstəlik bəzi məqamlarda vacib oyunçuların çoxu zədə səbəbindən komandaya kömək edə bilmədi.

Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram".

Emin Mahmudov: “Hər matçda uduzmaq bizə də xoş deyil. Xeyli vaxtdır qalib gələ bilmirik. Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər”.

Digər xəbərlər