news-details
Xəbərlər

Azərbaycan millisi ili heç-heçə ilə başa vurdu

Azərbaycan millisi bu gün 2021-ci ildə son oyunu keçirib. Yığma komandamız Bakıda Qətər seçməsi ilə beynəlxalq yoldaşlıq oyununda üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda oynanılan görüşü litvalı FIFA referisi Donatas Rumşas idarə edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə Qətər yığması 2:1 hesabı ilə qalib gəlmişdi.

Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Beynəlxalq yoldaşlıq oyunu

14 noyabr

Azərbaycan - Qətər - 2:2
Qollar: E.Mahmudov, 37-pen; 67 – A.Almoez, 23; 78.
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.

Digər xəbərlər