news-details
Xəbərlər

Gəncədə futbol ictimaiyyəti nümayəndələri ilə görüş - FOTO

Bölgələrə səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Gəncə şəhərinə səfər edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və futbol veteranı Vəli Qasımovla birgə Elxan Məmmədov aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

AFFA-dan verilən məlumata görə, E.Məmmədov Gəncə şəhərinin futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb, futbolun inkişafı, bölgələrdə kütləviliyinin artırlması istiqamətində fikir mübadiləsi aparılıb.

AFFA-nın icraçı vitse-prezidenti daha sonra Gəncə şəhərində AFFA tərəfindən inşa olunacaq Futbol Akademiyasının tikiləcəyi əraziyə, həmçinin süni örtüklü meydançanın quraşdırılması planlaşdırılan sahəyə baxış keçirib.

Elxan Məmmədov Birinci Divizionun VIII turu çərçivəsində Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Turan Tovuz” oyununu izləyib.

Digər xəbərlər