Cümə axşamı 28.03.2024

“Zirə” ikinci pilləyə yüksəldi, “Neftçi”dən ardıcıl 3-cü məğlubiyyət

“Zirə” ikinci pilləyə yüksəldi, “Neftçi”dən ardıcıl 3-cü məğlubiyyət

Bu gün Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib.

Günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Tərəflər arasında son iki qarşılaşmada “Zirə” iki qolla üç xal qazanmışdı. "Səbail" ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmirdi. Budəfəki görüşdə də sevinən tərəf meydan sahibləri olub. 4 qolun vurulduğu matçda "Zirə" qələbə qazanıb.

Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gəlib. Son 4 matçın hərəsində ən azı iki qol vuran “Neftçi” bütün oyunlarda rəqib qapısına yol tapmışdı. Bugünkü qarşılaşmada hesabı açan "ağ-qaralar" olub. Ancaq ikinci hissədə iki qol vuran "Sabah" ilk dəfə "Neftçi"ni məğlub edib.

Turun açılış oyununda "Qarabağ" evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 21-də keçiriləcək "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XI tur

20 noyabr (şənbə)

“Zirə” – “Səbail” - 3:1
Qollar: Q.Alıyev, 23. D.Volkov, 47. L.Broqno, 74 – R.Əliyev, 87-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu,

“Neftçi” – “Sabah” - 1:2
Qol: R.Maçado, 33 – C.L.Mikels, 53; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 11 8 2 1 23-7 26
2 Zirə 11 5 4 2 18-12 19
3 Qəbələ 10 5 3 2 18-11 18
4 Neftçi 11 5 2 4 19-18 17
5 Sabah 11 3 2 6 14-17 11
6 Sumqayıt 10 3 2 5 7-12 11
7 Keşlə 11 3 1 7 11-19 10
8 Səbail 11 3 0 8 9-23 9

Bombardirlər:

Davit Volkov ("Zirə") - 9 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol
Tiaqo Bezerra ("Neftçi") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 4 qol