Cümə 29.03.2024

“Qəbələ” “Sumqayıt”a qalib gəldi

“Qəbələ” “Sumqayıt”a qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub. Turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında olub.

“Sumqayıt” “Qəbələ” ilə son 4 matçdan yalnız birində qol vurmuşdu. Son 3 ev oyununda rəqibinə uduzmayan bölgə təmsilçisi uğurlu seriyanı bu görüşdə də davam etdirib. "Qəbələ" 2:1 qalib gələrək turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub.

Turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün keçirilən görüşlərdə isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası, XI tur

21 noyabr (bazar)

“Qəbələ” – “Sumqayıt” - 2:1
Qol: Ü.İsgəndərov, 65. R.Utziq, 67 – H.Haqverdi, 80.
Qırmızı vərəqə: V.Hüseynov, 84 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 11 8 2 1 23-7 26
2 Qəbələ 11 6 3 2 20-12 21
3 Zirə 11 5 4 2 18-12 19
4 Neftçi 11 5 2 4 19-18 17
5 Sabah 11 3 2 6 14-17 11
6 Sumqayıt 11 3 2 6 8-14 11
7 Keşlə 11 3 1 7 11-19 10
8 Səbail 11 3 0 8 9-23 9

Bombardirlər:

Davit Volkov ("Zirə") - 9 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 5 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol