Cümə 19.04.2024

Çempionlar Liqası: "Mançester Yunayted" və "Çelsi" pley-offa vəsiqəni təmin etdi

Çempionlar Liqası: "Mançester Yunayted" və "Çelsi" pley-offa vəsiqəni təmin etdi

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bayern Münhen” Ukraynada Kiyev "Dinamo"sunun qonağı olub və növbəti qələbəsinə sevinib. “Barselona" İspaniyada “Benfika”nı məğlub edəcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Amma bu görüşdə qapılara qol vurulmayıb. "Barselona" və "Benfika" 1/8 finala çıxmaq şanslarını son tura saxlayıblar.

F qrupunda “Mançester Yunayted” İspaniyada "Vilyarreal" üzərində qələbə qazanıb. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”la heç-heçə edib Qonaqlar bu qarşılaşmada xal itirdiyindən "Mançester Yunayted" sona 1 tur qalmış mərhələ adlayıb.

G qrupunun lideri “Zalsburq” Fransada “Lill” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcəkdi. Lakin Fransa çempionu bu görüşdən qalib ayrılıb. “Sevilya” evdə “Volfsburq” üzərində inamlı qalibiyyətə sevinib. Bu qrupda bütün suallara son turda aydınlıq gələcək.

H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalı idi. Amma "zadəganlar" buna darmadağınla nail olublar. Qrupun digər oyununda “Zenit” İsveçdə "Malmö" ilə heç-heçə edib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

"Dinamo" (Kiyev, Ukrayna) - "Bayern" (Almaniya) - 1:2
Qollar: Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.

"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0

F qrupu

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar: Ronaldo, 78. Sanço, 90.

"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3
Qollar: Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.

G qrupu

"Lill" (Fransa) - "Zalsburq" (Avstriya) - 1:0
Qol: David, 31.

"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0
Qollar: Cordan, 13. Mir, 90+7.

H qrupu

"Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1
Qollar: Rieks, 28 – Rakitski, 90+2-pen.

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 3:0
Qollar: Çaloba, 25. R.Ceyms, 56. Hadson-Odoi, 58. Verner, 90+5.