news-details
Xəbərlər

Çempionlar Liqası: daha 5 komanda 1/8 finalda

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Bununla da 1/8 finalın daha 5 iştirakçısı müəyyənləşib. Bunlar "Mançester Siti", PSJ, "Real Madrid", "İnter" və "Sportinq" komandalarıdır.

Daha öncə "Ayaks", "Bayern Münhen", "Yuventus", "Liverpul", "Mançester Yunayted" və "Çelsi" klubları 1/8 finala yüksəlmişdi.

UEFA Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

24 noyabr

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) - 0:5
Qollar: Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) - 2:1
Qollar: Sterlinq, 63. Q.Jezus, 76 – Mbappe, 50.

B qrupu

“Atletiko” (İspaniya) – “Milan” (İtaliya) - 0:1
Qol: Messias, 87.

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) - 2:0
Qollar: Alkantara, 52. Salah, 70.

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) - 1:2
Qollar: Gezzal, 22-pen – Haller, 54; 69.

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qollar: P.Qonsalveş, 30; 39. Porro, 81 – Malen, 90+3.

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:0
Qollar: Dzeko, 61; 67.

“Şerif” (Moldova) – “Real” (İspaniya) - 0:3
Qollar: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.

Digər xəbərlər