Çərşənbə axşamı 19.03.2024

"Qarabağ" qələbəni və liderliyi əldən verdi

"Qarabağ" qələbəni və liderliyi əldən verdi

Bu gün "Qarabağ" UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. H qrupunda yer alan Ağdam təmsilçisi 5-ci sınağında Kiprin "Omoniya" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşmanın baş hakimi danimarkalı FIFA referisi Morten Krox olub.

Pley-off vəsiqəsini təmin etmiş "Qarabağ" Nikosiya təmsilçisinə qalib gələcəyi halda qrup liderliyini təmin edə bilərdi. Bunun üçün qrupun digər oyununda Qazaxıstan klubu "Kayrat" doğma meydanda İsveçrə təmsilçisi "Bazel"ə uduzmamalı idi.

Ancaq Qurban Qurbanovun komandası evdə xal itkisi ilə üzləşib - 2:2. "Kayrat" isə məğlubiyyətlə üzləşib - 2:3. Belə olan halda "Qarabağ" qrupda liderliyi də əldən verib.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

"Qarabağ" - "Omoniya" (Kipr) - 2:2
Qollar: P.Psaltis, 49 (avtoqol), P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu:

Bazel – 11
Qarabağ – 11
Omoniya – 3
Kayrat – 1