Çərşənbə axşamı 19.03.2024

DÇ-2022: pley-off mərhələsinin püşkü atıldı

DÇ-2022: pley-off mərhələsinin püşkü atıldı

2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi C yolunda mübarizə aparacaq. "Ay-ulduzlular" yarımfinalda Portuqaliya yığması ilə qarşılaşacaq.

Türkiyə finala yüksələcəyi təqdirdə İtaliya - Şimali Makedoniya cütünün qalibini evdə qəbul edəcək.

DÇ-2022, pley-off mərhələsi

Yarımfinal
24 mart

A yolu
23:45. Şotlandiya - Ukrayna
23:45. Uels - Avstriya

B yolu
21:00. Rusiya - Polşa
23:45. İsveç - Çexiya

C yolu
23:45. İtaliya - Şimali Makedoniya
23:45. Portuqaliya - Türkiyə

Final

29 mart
A yolu
22:45. Uels / Avstriya - Şotlandiya / Ukrayna

B yolu
22:45. Rusiya / Polşa - İsveç / Çexiya

C yolu
22:45. Portuqaliya / Türkiyə - İtaliya / Şimali Makedoniya

Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.