news-details
Xəbərlər

“Sabah” “Keşlə”ni, “Neftçi” “Səbail”i məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Açılış oyununda "Sabah" doğma meydanda "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Masazırdakı "Bank Respublika Arena"da təşkil olunan matçı Rəşad Əhmədov idarə edib. 3 qolun vurulduğu görüşdə meydan sahibləri qələbəni bayram edib.

Günün ikinci oyununda "Neftçi" və "Səbail" komandaları üz-üzə gəlib. "Bakcell Arena"dakı görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olub. Qarşılaşmanın taleyini bir qol həll edib. "Ağ-qaralar" ardıcıl 3 məğlubiyyətdən sonra aktivinə 3 xal yazdırıb.

Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" "Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.

Bütün oyunlar "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XII tur

27 noyabr (şənbə)

“Sabah” – “Keşlə” - 2:1
Qollar: A.Seydiyev, 4. A.İsayev, 12 – S.Tounkara, 47.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".

“Neftçi” – “Səbail” - 1:0
Qol: V.Əsgərov, 52.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Digər xəbərlər