Çərşənbə axşamı 19.03.2024

"Zirə" Sumqayıtda 3 xalı 3 qolla qazandı

"Zirə" Sumqayıtda 3 xalı 3 qolla qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha bir matçı keçirilib.

İkinci oyun günündə 19 xalla 4-cü pillədə qərarlaşan "Zirə" 11 xalla 6-cı sırada gedən "Sumqayıt"ın qonağı olub. Saat 16:00-da başlayan görüşü Rauf Cabarov idarə edib.

Son 4 çempionat oyununda rəqibinə uduzmayan qəsəbə təmsilçisi uğurlu seriyanı bu görüşdə də davam etdirib. Rəşad Sadıqovun komandası 3 cavabsız qolla qələbə qazanaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Turun digər oyunlarında "Sabah" "Keşlə"ni 2:1, "Neftçi" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Noyabrın 29-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə tura yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XII tur

28 noyabr (bazar)

“Sumqayıt” – “Zirə” - 0:3
Qollar: T.Xəlilzadə, 14-pen. Q.Alıyev, 30. C.Diniyev, 79.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"Kapital Bank Arena"