news-details
Xəbərlər

"Qəbələ" "Qarabağ"la heç-heçə etdi

Azərbaycan Premyer Liqası XII tura yekun vurulub. Turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutub. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 27-yə çatdıran Ağdam klubu liderliyini qoruyub. "Qırmızı-qaralar" isə 22 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" "Səbail"ə 1:0, "Zirə" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası, XII tur

29 noyabr

“Qəbələ” – “Qarabağ” - 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu

Digər xəbərlər