Çərşənbə axşamı 19.03.2024

Dünya çempionatı: Azərbaycan millisi seçmə mərhələdə qələbə qazandı

Dünya çempionatı: Azərbaycan millisi seçmə mərhələdə qələbə qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. “Dalğa Arena”da Monteneqro millisi ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Millimizin qolunu oyunun 24-cü dəqiqəsində Ayşən Əhmədova vurub.

Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Qrupda keçirdiyimiz ilk beş oyun bizim üçün yaxşı nəticələnməmişdi. Təbii ki, bu nəticələr bizi qane etmirdi. Uğursuz gedişə son qoymaq istəyirdik. Sevindirici haldır ki, uğursuzluğa son qoyub evdə qalib gəlməyi bacardıq. Bu nəticə gələcək oyunlar üçün komandaya əlavə stimul verəcək. Qarşıdakı 4 oyundan müsbət nəticələr əldə edib qrupu üst pillələrdə tamamlamaq istəyirik”.

Mirko Maric (Monteneqro milli komandasının baş məşqçisi): “Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.