Çərşənbə axşamı 16.04.2024

6 qol vuruldu, "Neftçi" "Sumqayıt"ı məğlub etdi

6 qol vuruldu, "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Premyer Liqasında IX turun oyunları keçirilir. Bu gün daha bir görüş təşkil edilib.

“Sumqayıt” doğma meydanda “Neftçi” ilə üz-üzə gəlib. İlk dövrədə 2:1 hesablı qələbə qazanmış paytaxt təmsilçisi səfərdə də eyni uğuru təkrarlamağı bacarıb. 6 qolun qeydə alındığı oyunda "ağ-qaralar" 4:2 hesablı qələbə qazanıb.

Ötən gün keçirilən “Sabah” – “Zirə” matçında qalib müəyyənləşməyibsə (2:2), “Keşlə” “Qəbələ”ni 2:1 hesabıyla məğlub edib.

Tura sabah keçiriləcək “Qarabağ” – “Səbail” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

IX tur

27 oktyabr

“Sumqayıt” – “Neftçi” - 2:4

Qollar: Ə.Ağayev, 6-pen. A.Yunanov, 90+3 - E.Mahmudov, 28-pen; 82-pen. B.Dabo, 34; 83.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu.

Sumqayıt. “Kapital Bank Arena”.