Çərşənbə axşamı 19.03.2024

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli müəyyənləşib

Azərbaycan Kuboku: 1/8 finalın oyun cədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

10 dekabr (cümə)

14:00. “Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

17:00. MOİK – “Qəbələ”
“Dalğa Arena”.

11 dekabr (şənbə)

15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
“ASK Arena”.

18:00. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”