Cümə axşamı 28.03.2024

“Keşlə” qələbəni əldən verdi, “Qarabağ” darmadağına sevindi

“Keşlə” qələbəni əldən verdi, “Qarabağ” darmadağına sevindi

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında autsayderlər münasibətlərinə aydınlıq gətirib. 7-ci pillədə qərarlaşan "Keşlə" turnir cədvəlinin sonuncusu "Səbail"i qəbul edib. FIFA referisi Rauf Cabbarovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib. "Keşlə" 2:0 öndə olsa da, azlıqda qalandan sonra qələbəni əldən verib - 2:2.

Günün son oyunu “Azersun Arena”da təşkil edilib. Lider "Qarabağ" heç vaxt məğlub olmadığı "Sabah"la üz-üzə gəlib. İdarəçiliyi FIFA referisi Əliyar Ağayevə tapşırılan qarşılaşma Ağdam klubunun böyükhesablı qalibiyyəti ilə başa çatıb.

Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

4 dekabr (şənbə)

“Keşlə” – “Səbail” - 2:2
Qollar: F.Santos, 45+7-pen. A.Abanq, 46 – R.Əmirquliyev, 66. C.Araqo, 90+5.
Qırmızı vərəqə: A.Abanq, 61.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena".

“Qarabağ” – “Sabah” - 5:1
Qollar: A.Zubir, 16; 51. F.Ozobiç, 35. İ.Vadji, 77; 90 – B.Həsənalızadə, 27.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”.