Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"lə qarşılaşıb.
Hazırda lider mövqeyində olan Ağdam komandası bu görüşə qədər ən yaxın izləyicisi "Neftçi"ni 5 xal qabaqlayırdı. Qurban Qurbanovun çalışdırdığı kollektiv fərqi yenidən 8-ə çatdırmaq üçün mütləq qələbə qazanmalıydı ki, bunundan öhdəsindən gəlib.
Bu, iki komanda arasında Premyer Liqada 10-cu qarşılaşma oldu. Əvvəlki qarşılaşmaların yalnız 1-də "Səbail" qalib gəlib ki, bu da texniki nəticə hesabına baş verib.
Qeyd edək ki, turun ilk 3 oyununda "Keşlə" evdə "Qəbələ"ni 2:1, "Neftçi" səfərdə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib, "Sabah" - "Zirə" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Azərbaycan Premyer Liqası, IX tur
28 oktyabr
“Qarabağ” – “Səbail” - 1:0
Qol: Qara Qarayev, 86
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu