Cümə 19.04.2024

Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finalda

Azərbaycan Kuboku: "Qəbələ" və "Səbail" 1/4 finalda

Bu gün Azərbaycan Kubokunda 2021/2022 mövsümünə start verilib. Kubok yarışı 1/8 final mərhələsinin görüşləri ilə başlayıb.

İlk oyun günündə 2 qarşılaşma keçirilib. "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nın, "Qəbələ" isə MOİK-in qonağı olub. Hər iki matçda Premyer Liqa klubları sürprizə imkan verməyiblər.

1/8 finalın digər 2 görüşü sabah oynanılacaq. Kubokun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı, "Sabah" isə "Kəpəz"i qəbul edəcək.

Bu mərhələ 1 oyundan ibarətdir və qaləbə qazanan komandalar 1/4 finala yüksəlir. Bütün oyunlar "CBC Sport"la canlı yayımlanacaq.

Azərbaycan Kuboku

1/8 final

10 dekabr (cümə)

“Zaqatala” – “Səbail” - 1:3
Qollar: Roini İsmayılov, 57 – Mirsayib Abbasov, 48; 90+2. Əfran İsmayılov, 67-pen
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

MOİK – “Qəbələ” - 1:2
Qollar: İlham Allahverdiyev, 34 – Rövlan Muradov, 55. Ülvi İsgəndərov, 88.
Qırmızı vərəqə: Elşən Veysov, 75 (MOİK)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Dalğa Arena”.