Cümə axşamı 28.03.2024

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

Azərbaycan Kuboku: 1/4 final cütləri məlum oldu

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Günün ilk matçında titulun son sahibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edib və 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. 1/8 finala "Sabah" - "Kəpəz" qarşılaşması ilə yekun vurulub. Paytaxt təmsilçisi 3 cavabsız qolla qalib gələrək adını 1/4 finala yazdırıb.

1/8 final mərhələsinin ilk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku, 1/8 final mərhələsi

11 dekabr (şənbə)

“Keşlə” – “Qaradağ Lökbatan” - 2:1
Qollar: Samir Abdullayev, 32. Rəhman Hacıyev, 58 – Elnur Səmədov, 7.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”

“Sabah” – “Kəpəz” - 3:0
Qol: Coy-Lens Mikels, 57; 61. Kamran Quliyev, 90+2.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
“Bank Respublika Arena”

Beləliklə, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

"Qarabağ" - "Keşlə"
"Neftçi" - "Sabah"
"Zirə" - "Səbail"
"Sumqayıt" - "Qəbələ"

1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 12-13 fevralda baş tutacaq. Adları birinci göstərilən komandalar ilk oyunlarını evdə keçirəcəklər.