Şənbə 27.04.2024

UEFA Avropa Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli oldu

UEFA Avropa Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli oldu

UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olub.

Ağdam klubu bu raundda Fransa təmsilçisi "Marsel"lə qarşılaşacaq. "Qarabağ"5 ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan)
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail)
"Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya)
"Midtyullan" (Danimarka) - PAOK (Yunanıstan)
"Lester" (İngiltərə) - "Randers" (Danimarka)
"Seltik" (Şotlandiya) - "Budo Qlimt" (Norveç)
"Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya)
"Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) və ya "Tottenhem" (İngiltərə) (Daha sonra qərar veriləcək)